Kaxaber Sxadadze rəqibini izləmək üçün Estoniyaya yollanacaq
25.06.2012 - 16:09
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Estoniyaya yollanacaq. Komandanın baş meneceri Səbuhi Səfiyarlı apasport.az saytına açıqlamasında Avroliqada rəqibi olan “Trans”ın oyunu izləyəcəklərini bildirib. Bu məqsədlə gürcü çalışdırıcının Baltikyanı ölkəyə yollanmağı nəzərdə tutulub: “İsveçrədə keçirilən püşkatmada klubumuzu mən təmsil edirdim. Estoniya klubundan isə nümayəndə gəlməmişdi. Bu ölkənin futbol federasiyasının rəsmisi Nyondakı püşkatmaya qatılmışdı. Onunla söhbətləşmək, rəqibimizlə əlaqə yaratmaq imkanımız oldu. Estoniyada hazırda çempionat davam edir və “Trans”ın sabah “Levadiya” ilə oyunu var. Gürcü çalışdırıcımız həmin matça izləməyə yollanacaq”.
Qeyd edək ki, “İnter” Avroliqaya hazırlıq məqsədilə Sloveniyada təlim-məşq toplanışındadır.
Mehman SÜLEYMANOV
Qeyd edək ki, “İnter” Avroliqaya hazırlıq məqsədilə Sloveniyada təlim-məşq toplanışındadır.
Mehman SÜLEYMANOV
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0