Avrokubokların əbədi uğursuzu
25.06.2012 - 16:20
Avropa Liqasının I təsnifat mərhələsində Bakının “İnter” klubu ilə qarşılaşacaq Estoniyanın “Trans” komandası avrokubokların əbədi uğursuzudur. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirlərdə 18 matç keçirən komanda cəmi 2 dəfə qələbə qazanıb. Lakin heç vaxt mərhələ keçə bilməyib.
Narva şəhərini təmsil edən komanda 1979-cu ildə yaradılıb. Nikolay Burdakovun prezidenti, Aleksey Yaqudinin baş məşqçisi olduğu komandanın əsas uğurları müstəqillik dövründə Estoniya miqyasında olub.
2006-cı ildə ölkə çempionatlarında ən yüksək nailiyyətini qazanan komanda gümüş medallarla kifayətlənib. Ardıcıl 4 ildir çempionatın 3-cüsü olan komanda 6 dəfə bürünc mükafatçı olub. 4 dəfə kubokun finalına yüksələn “Trans” 2000/01 mövsümündə yarışın qalibi olub. Lakin bu, klubun yeganə titulu deyil. 2007 və 2008-ci illərdə Superkubok da Narva təmsilçisinə qismət olub.
Qeyd edək ki, Estoniya təmsilçisi ev oyunlarını 5 min tamaşaçı tutumuna Tallindəki “Kadrioru” stadionunda keçirir.

0
0