Miroslav Blajeviçin sabiq komandası Bakıya gəlir
25.06.2012 - 16:46
Avropa Liqasının I təsnifat mərhələsində “Bakı”nın rəqibi olan Sloveniyanın “Mura” klubu təmsilçimizə yaxşı tanışdır. Apasport.az saytının məlumatına görə, bakılılar 1 gün əvvəl yoxlama oyununda bu komandanın qapısından 4 cavabsız qol keçiriblər. Yoxlama oyunundan cəmi 11 gün sonra isə tərəflər avrokubokların ilk qarşılaşmasında üz-üzə gələcək.
Murska-Sobota şəhərini təmsil edən “Mura” 1924-cü ildə yaradılıb. Komanda ev oyunlarını 5500 tamaşaçı tutumuna malik “Fazaneriya” stadionunda keçirir. Ölkə çempionatlarında ən böyük uğuru gümüş medal olan komanda 1994, 1997 və 1998-ci illərdə buna nail olub. Ötən mövsüm isə murska-sobotalılar 3-cü yeri tutub. 1995-ci ildə isə Sloveniya kuboku da Superkuboku da bu komandanın olub.
Sonuncu dəfə 1998/99 mövsümündə avrokuboklara qatılan komanda 4 dəfə özünü qitə səhnəsində sınayıb. Bunların ikisində 1 mərhələ adlamağı bacarıb.
Deyan Koloşanın prezidenti, Ante Şimundjanın baş məşqçisi olduğu komandanın tarixində məşhur simalar da var. Belə ki, əfsanəvi Miroslav Blajeviç kimi mütəxəssis 2003-cü ildə “Mura”nı çalışdırıb. Ondan başqa Zlatko Krançar da bu klubda baş məşqçi olub.

0
0