Yunis Hüseynov: Ən sanballı rəqib bizə düşüb
25.06.2012 - 17:09
Azərbaycanı Avroliqada təmsil edən “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- Püşkün nəticəsindən nə dərəcədə razı qaldınız?
- “Nomme Kalyu” güclü komandadır. Təsadüfi deyil ki, hazırda çempionatında 1-ci yerdə gedir. Buna görə də bizi asan sınaq gözləmir.
- Ancaq püşkdə komandanıza daha güclü rəqiblər düşə bilərdi. Makedoniyanın “Metallurq” və Qazaxıstanın “Jetısu” klublarından çəkinirdiniz. Buna əsasən bəxtinizin gətirdiyini demək olmaz?
- Biz potensial rəqiblərimizi biləndən sonra onların hər biri haqda məlumat əldə etməyə başladıq. Həmin “Jetısu” hazırda çempionatında 13-cü yerdə gedir. Bizə düşən komanda isə hazırda çempionatının lideridir. Keçirdiyi 15 oyunun son 5-də uduzmayıb. Ona görə hesab edirəm ki, ən sanballı rəqib elə bizə düşdü. Açığı, avrokuboklarda zəif komanda olmur.
- Rəqibinizin heyətində vaxtilə “Xəzər Lənkəran”da oynayan estoniyalı müdafiəçi Tixon Şişov var. O, Lənkəran klubu haqda komandasına məlumat verəcək...
- Tixonun hazırda bu komandanın üzvü olduğunu bilirəm. Ancaq təbii ki, rəqibin düşərgəsində olan futbolçudan məlumat toplamarıq. Ümumiyyətlə, Estoniya klubunun heyətində millinin üzvləri də var.
- Avrokuboklarda ilk dəfə estonlarla üzləşəcəyik. Onları yaxşı tanımaq üçün nə etmək fikrindəsiniz?
- Futbolda mümkün olmayan bir şey yoxdur. Təbii ki, imkanlarımızdan istifadə edərək, rəqibimiz haqda məlumat toplayacağıq. Onlarda çempionat gedir və oyunlarını izləmək fikrimiz var.
- İlk oyunu evdə keçirməli olacaqsınız. Bu, işinizi çətinləşdirməyəcək?
- Yox. Bizim üçün ilk oyunu evdə, yoxsa səfərdə keçirməyin fərqi yoxdur.
- Ancaq hər halda, hazırda Avstriyada təlim-məşq toplanışındasınız və oradan birbaşa Estoniyaya ilk oyunu keçirməyə yollanmaq daha münasib olardı. Belə olan halda, oyunların yerlərini dəyişdirilməyi mümkün ola biıər?
- Mən indidən bu haqda heç nə deyə bilmərəm. Bu haqda məlumat gözləyirəm. Bildiyimə görə, hazırda Estoniyada Avropa çempionatının seçmə mərhələ oyunları gedir. Əgər stadion baxımından problem olmazsa və ilk oyunu iyulun 5-də orda keçirə bilsək, lap yaxşı olardı.
- Mərhələ keçmək şansınızı necə sayırsınız? “Xəzər Lənkəran” bu cütün favoritidir?
- Şansları bərabər sayıram. İnşallah, mərhələ keçərik. Ancaq rəqibimizin oyunu görmədən dəqiq bir şeyə bilmərəm. Bunu zaman göstərək. İnanıram ki, komandamız ilk mərhələni keçmək vəzifəsinin öhdəsindən gələcək. Hələlik yalnız bu mərhələdəki rəqiblə oyun haqda düşünürükş Yaxşı hazırlaşaraq, heyəti gücləndirmək üçün yeni transferlər etməyə çalışacağıq. Hazırda 2 legionerin yolunu gözləyirik.
Mehman SÜLEYMANOV

0
0