“Neftçi” ilə “Zestafoni” arasında oyunların vaxtı dəqiqləşdi
25.06.2012 - 17:52
“Neftçi” ilə “Zestafoni” arasında oyunların vaxtı dəqiqləşdi
“Neftçi”nin Çempionlar Liqasında “Zestafoni” ilə ilk oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, çempion Avropanın ən nüfuzlu turnirinin yeni mövsümünə iyulun 17-də başlayacaq. Püşkə görə “Neftçi” ilk oyunda meydan sahibidir və iyulun 17-18-i göstərilən tarixlər komandaların öz arasında razılaşaraq, həll olunurdu. Böyükağa Hacıyevin komandası çərşənbə günü meydana çıxacaq və 1 həftə sonra Gürcüstan çempionunun qonağı olacaq.