Azərbaycanlı futbolçu “Lokomotiv”, “Anji” və “Zenit”in transfer siyahısında
25.06.2012 - 18:35
Azərbaycanlı futbolçu Aleksandr Səmədovun çıxış etdiyi Moskva “Dinamo”su ilə yollarını ayırmağı gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı soydaşımızı mövsümlərarası fasilədə transfer etməyə Rusiyanın 3 Premyer Liqa təmsilçisi – “Lokomotiv”, “Anji” və “Zenit” iddiaçıdır. Özü də ilk 2 komanda Səmədovun keçidinə daha çox çalışır. Aleksandr 2005-08-ci illərdə “Lokomotiv”də oynadığından (49 matç, 3 qol), bu komanda ona yaxşı tanışdır.
Qeyd edək ki, milli komandamızın dəvət göndərsə də, Rusiya yığmasını seçərək, Avropa çempionatına aparılmayan sağ cinah yarımmüdafiəçisi indiki klubunda 2010-cu ildə çıxış edir və keçirdiyi 61 matçda 8 qol vurub.

- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0