AZAL-da 7 legioner
25.06.2012 - 23:02
“Hazırlığımızı plana uyğun davam etdiririk”. Bu sözləri apasport.az saytına AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
İyunun 20-dən etibarən təlim-məşq toplanışını paytaxtda həyata keçirən AZAL gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Şüvəlandakı stadionda hazırlıq keçən “təyyarəçilər” gələn ayın əvvəlinə planlaşdırılan Türkiyə toplanışına qədər heyətini də formalaşdırmağa çalışır.
İkitərəfli oyundan sonra onlardan Nikita Kolyayev və serbiyalı Predraq Simiç geri qaytarılıb. Əvəzində başqa futbolçular hazırlığa qoşulub. Baş məşqçinin sözlərinə görə, hazırda AZAL-ın düşərgəsində 7 legioner var ki, onlar məşqçilər korpusunun etimadını qazanmağa çalışırlar:
“Düşərgəmizdə 7 legioner var. Onlar nəyə qadir olduqlarını göstərmək istəyirlər. Müxətlif ölkələrdən olan bu futbolçulara iyunun 30-da keçirməyi planlaşdırdığımız yoldaşlıq oyununda şans verəcəm. Rəqib tapmasaq, ikitərəfli oyunla kifayətlənəcəyik. Kimlərlə anlaşsaq, həmin futbolçular bizimlə Türkiyəyə gedəcəklər”.
Qeyd edək ki, seleksiya toplanışında nisbətən seçilən Türkmənistan millisinin yarımmüdafiəçisi Elman Taqayev, Almaniyadan gələn soydaşımız Etibar Şahmərdanov və gürcü Georgi Skarodze haqda hələ qərar verilməyib.

- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0