Droqba “Barselona”ya keçidi ilə bağlı danışıqlara gəlir
26.06.2012 - 11:26
Droqba “Barselona”ya keçidi ilə bağlı danışıqlara gəlir
Çempionlar Liqasının son qalibi olan məşhur futbolçu Didye Droqba gözlənilməz addım atıb. Apasport.az saytının məlumatına görə, 8 ildə “Çelsi”də oynayaraq, Avropanın ən nüfuzlu turnirinin ilk dəfə qalibi olandan sonra Çinin “Şanxay Şenxua” klubu ilə müqavilə bağlayan 34 yaşlı afrikalı hücumçu indi də “Barselona”ya keçir. O, bu gün İspaniyaya klubla danışıqlara gəlir. Əsas məqsəd “Barsa”nın nümayəndələri ilə görüşüb, transferi müzakirə etməkdir.

Fil Dişi yığmasının kapitanı olan Droqba Çin klubu yenicə müqavilə imzalasa da, onun sərbəst tərk edə bilər. Çünki anlaşmasında belə bənd var ki, əgər onunla “Barselona” maraqlanarsa, azad agent statusuna malik olacaq.