Avrokuboklarda Sloveniya səddini aşa biləcəyikmi?
26.06.2012 - 12:10
Azərbaycanla Sloveniya klubları avrokuboklarda 4-cü dəfə rəqib oldular. Apasport.az saytının məlumatına görə, Avroliqada düşən “Bakı” ilə “Mura”nın duelinə kimi bu 2 ölkənin təmsilçisi sonuncu dəfə 11 il əvvəl münasibətlərini ayırd edib. Özü də həmin vaxt 2 mövsüm dalbadal Sloveniya klubuna düşmüşük. Maraqlıdır ki, “Neftçi” eyni turnirdə eyni rəqib – “Hit Qoritsa” ilə görüşüb. Komandamız Tofiq Bəhramov adına Respublika stadionunda uduzmasa da, cavab matçlarında aldığı məğlubiyyət nəticəsində mərhələ keçə bilməyib.
Sloveniyanın ən tanınmış klublarından olan “Olimpiya” isə bizə qarşı daha amansız olub. Belə ki, Lyublyana təmsilçisi “Şəfa”nı hər 2 oyunda darmadağın edərək, 7 cavabsız qol vurub. “Şəfa” – “Olimpiya” oyunu “Şəfa” stadionunun rəsmi açılışının olmağı ilə futbol tariximizə düşüb.
Göründüyü kimi, klublarımızın Sloveniya təmsilçiləri ilə oyunlarının statistikasında rəqibin böyük üstünlüyü var: 6 oyun, 4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, topların fərqi 11-2. Özü də Sloveniya ilə yenə paytaxt təmsilçimiz oynayacaq və bu, həmin turnirdə mübarizənin davamı olacaq. Hər halda, Avroliqa UEFA kuboku kimi tanıdığımız turnirin 2009-cu ildən adını daşıdığı yarışdır. Nəhayət, Sloveniya səddini aşmaq missiyası Azərbaycan kubokunun son qalibi olan “Bakı”nın üzərinə düşür.
Azərbaycan və Sloveniya klubları arasında avrokuboklarda oyunlar
2000/01 mövsümü
UEFA kuboku, I təsnifat mərhələsi
İlk oyun
10 avqust 2000-ci il. Bakı. “Neftçi” – “Hit-Qoritsa” – 1:0
Qol: Müşfiq Hüseynov
Cavab matçı
24 avqust 2000-ci il. Nova Qoritsa. “Hit-Qoritsa” – “Neftçi” – 3:1
Qol: Fərrux İsmayılov
2001/02 mövsümü
UEFA kuboku, I təsnifat mərhələsi
İlk oyunlar
9 avqust 2001-ci il
Bakı. “Neftçi” – “Hit-Qoritsa” – 0:0
Lyublyana. “Olimpiya” – “Şəfa” – 4:0
Cavab matçları
23 avqust
Nova Qoritsa. “Hit Qoritsa” – “Neftçi” – 1:0
Bakı. “Şəfa” – “Olimpiya” – 0:4
Mehman SÜLEYMANOV

0
0