“Xəzər Lənkəran” portuqaliyalı futbolçunu baxışdan keçirir
26.06.2012 - 13:14
Azərbaycanı Avroliqada təmsil edəcək “Xəzər Lənkəran” daha bir legioneri baxışa dəvət edib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi Rikardo Jorje Querreyro Felisberto Lənkəran klubunun Avstriyadakı təlim-məşq toplanışına qatılıb. 29 yaşlı legioner 1,80 metr boya, 74 kiloqram çəkiyə malikdir.
Rikardo ötən mövsümdən çıxış etdiyi Kiprin “Ayia Napa” klubundan gəlib. Onun bunadək karyerası vətəninə bağlı olub ki, bunlar arasında ən tanınmış klub 2005-07-ci illərdə oynadığı “Beyra-Mar”ı saymaq olar. “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun portuqaliyalını sabah sonuncu yoxlama oyununda – Bolqarıstanın “Lokomotiv” klubu ilə matçda sınayıb, haqqında qərar verəcəyi gözlənilir. Lənkəranlılar baxışa dəvət etdiyi argentinalı futbolçunun yolunu gözləyir.

0
0