Avroliqadakı təmsilçilərimizin iştirak ərizələri
26.06.2012 - 14:40
Avroliqadakı təmsilçilərimizin iştirak ərizələri
Azərbaycanı Avroliqada təmsil edəcək klubların iştirak ərizələri açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”, “İnter” və “Bakı” klubları UEFA-ya ilkin iştirak ərizələrini təqdim ediblər. Ən çox futbolçu “Bakı”nın heyətindədir – 25 nəfər. İştirak ərizəsində ən az futbolçu (19) “Xəzər Lənkəran”dadır. “İnter” isə 21 futbolçunu sifariş edib.

Yeni transferlərini sifariş edən təmsilçilərimiz iyulun 5-də keçirəcəkləri ilk oyunlarına qədər daha bir futbolçunun adını iştirak ərizələrinə daxil edə bilər.

“Xəzər Lənkəran”

Qapıçılar: Kamran Ağayev, Kamal Bayramov, Orxan Sadıqlı

Müdafiəçilər: Ruslan Abışov, Elnur Allahverdiyev, Eder Bonfim, Manuel Skarlatake, Radomir Todorov

Yarımmüdafiəçilər: Elnur Abdullayev, Kamran Abdullazadə, Robert Alviz, Rahid Əmirquliyev, Alim Qurbanov, Adrian Pit, Rikardo Qomeş, Akif Tağıyev, Sadio Tounkara

Hücumçular: Rendal Brenes, Branimir Subaşiç,

Baş məşqçi: Yunis Hüseynov

“İnter”

Qapıçılar: Georgi Lomaya, Elşən Poladov, Revaz Tevdoradze

Müdafiəçilər: Brüs Abdulaye, Valeri Abramidze, Ruslan Əmircanov, İlya Kandelaki, Vladimir Levin

Yarımmüdafiəçilər: Arif Daşdəmirov, Daniel Genov, Nizami Hacıyev, Slavço Georgiyevski, Ramil Həşimzadə, Asif Məmmədov, Asif Mirili, İbrahima Niasse

Hücumçular: Georgi Adamiya, Tales Şütz, Baçana Sxadadze, Samir Zərgərov, Petar Zlatinov

Baş məşqçi: Kaxaber Sxadadze

“Bakı”

Qapıçılar: Elxan Əhmədov, Aqil Məmmədov

Müdafiəçilər: Elvin Əliyev, Duje Bakoviç, Əziz Quliyev, Denis İvanov, İbrahim Karqbo, Cəmşid Məhərrəmov, Novruz Məmmədov, Georgi Popxadze, Edemir Rodriqez Merkado, Şəhriyar Əliyev, Elşad Manafov

Yarımmüdafiəçilər: Ramazan Abbasov, Deyvidas Çesnauskis, Lukas Mario Horvat, Nenad Kovaçeviç, Elvin Məmmədov, Aleksandr Şoliç, Xavier Junior Vilson, Rəhman Hacıyev

Hücumçular: Uinston Parks, Maris Verpakovskis, Namiq Ələsgərov, Nurlan Novruzov

Baş məşqçi: Novruz Əzimov

Mənbə: pfl.az