9 milyon avroya transfer edilən azərbaycanlı futbolçu
26.06.2012 - 15:38
Azərbaycanlı futbolçu Aleksandr Səmədovun “Lokomotiv”ə qayıdışı reallaşır. Apasport.az saytının məlumatına görə, 27 yaşlı sağ cinah yarımmüdafiəçisi son 2 ildə şərəfini qoruduğu Moskva “Dinamo”sunun Avstriyadakı təlim-məşq toplanışını tərk edərək, Rusiya paytaxtına üz tutub. Soydaşımız Moskvanın digər təmsilçisi ilə razılaşdırdığı müqaviləni imzalamağa gəlir. Əldə olunan məlumata görə, transferin məbləği 9 milyon avro təşkil edib.
Aleksandr “Dinamo”dan ayrılaraq, Moskvaya gəldiyini təsdiqləsə də, transferi haqda danışmaq istəməyib. O, yalnız bunu qeyd edib ki, “Dinamo”dan bir nəfərin istəyinə, onun satılmağına etiraz etməyən həmin şəxsə görə gedib.
Qeyd edək ki, Səmədov 2005-08-ci illərdə “Lokomotiv”də oynayıb və bu dəfə yeni baş məşqçi, AVRO-2012-dən sonra Xorvatiya yığmasından gedən Slaven Biliçin rəhbərliyi altında oynayacaq.

0
0