“Xəzər Lənkəran” üçün argentinalı bombardir
26.06.2012 - 23:01
Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”a daha 2 legioner baxışa gəlib. Apasport.az saytının məlumatına görə, son klubu İsveçrənin aşağı divizion təmsilçisi “Luqano” olan argentinalı hücumçu Dante Adrian Senger “ağ-yaşıllar”ın düşərgəsinə dəvət olunub. Onunla yanaşı, serbiyalı yarımmüdafiəçi Predraq Laziç sınaqdan keçəcək.
Karyerasına 2005-ci ildə vətənində “Estudiantes”də başlayan (2005-06, 15 oyun) 29 yaşlı Senger Argentinada “Quilmes”də (2007-08, 17 oyun, 3 qol) də oynayıb. Hücumçunun karyerası daha çox İsveçrəyə bağlıdır. Belə ki, o, bu ölkənin “Lokarno” klubunda 2 müxtəlif vaxtda (2006-07, 2008-10, 58 oyun, 45 qol) çıxış edib. Dante 2010-cu ildən oynadığı “Luqano”da 33 matçda 23 qol vurub.
30 yaşlı Laziç isə Kiprin “Aris” klubundan gəlib. O, ötən mövsüm Limasol təmsilçisində 25 oyunda 2 qol vurub. Karyerası daha çox vətənində bir sıra klublara bağlı olan Predraq “Partizan”da (2006-08, 13 oyun, 1 qol) oynayıb. Serbiyalı bunadək Rumıniyada da legioner həyatı yaşayaraq, 2009-2010-cu illərdə “Panduri”də 18 oyun keçirib.

- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0