Vaqif Cavadov: Bunu Foqtsdan soruşmaq lazımdır – MÜSAHİBƏ
26.06.2012 - 17:00
“Qarabağ”ın futbolçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi
- Artıq növbəti mövsümə hazırlığa başlamısınız. İstirahəti necə keçirdiniz?
- Yaxşı istirahət elədim. Həm ailəmlə, həm də dostlarımla dincəldim. Birləşmiş Ərəb Əmirliklərində, Dubayda oldum.
- Əvvəl də Dubaya “Qarabağ” və millidəki komanda yoldaşlarınızla, Maksim Medvedevlə getmişdiniz. Yenə belə oldu?
- Yox. Biz hər il Dubaya istirahətə gedirik. Ancaq bu dəfə tam başqa oyunçular idi. Rus və gürcü dostlarım idi və onlarla ailələrimizlə birgə dincəldik. Ancaq çox vaxtımı Bakıda keçirərək, Mərdəkanda istirahət etdim.
- Son 3 mövsümdə Avroliqada oynamış “Qarabağ”ın futbolçularına istirahət lazım idi. Bundan lazımınca faydalana bildinizmi?
- Məncə, istirahət çox lazım idi. Çünki futbolçuların yorğunluğu vardı və 3 il dalbadal həmin tempdə oynamaq çətin idi. Əlbəttə, Avropaya baxanda, belə qrafik haradasa normaldır. Ancaq bizdə heyət stabil olduğundan, bu 3 ildə oynayan eyni futbolçular sırf 13 nəfər idi. Bu da çox çətin idi. Əlbəttə, yorğunluq amili bu çempionatın sonunda öz sözünü dedi.
- Ötən mövsüm “Qarabağ” üçün uğurlu olmadı. Növbəti mövsümdən nə gözləyirsiniz?
- Keçən mövsüm avrokuboklara vəsiqə qazanmadığımızdan, uğursuz demək olar. Ancaq ümumilikdə, elə də uğursuz deyildi. Mən inanıram ki, mövsümə yaxşı hazırlaşıb, sonda yaxşı nəticə, ən azı Avroliqaya qabaqcadan vəsiqəmizi qazanacağıq. İnşallah, əsas vəzifə olan çempion olmağa çalışacağıq. Buna nail olmağı çox istəyirik.
- “Qarabağ” uzun müddətdir çempion ola bilmir. Bunun üçün yetişən komandaya nə çatmır?
- Bizdə sonda nəsə alınmır. Ancaq inanıram ki, bu, növbəti mövsümdə təkrarlanmayacaq. Çempionata necə uğurlu start verəcəyik, elə də onu başa vuracağıq.
- Onu da nəzərə alaq ki, “Qarabağ”dan bir sıra aparıcı futbolçular gedib. Onların yerini doldurmaq mümkün olacaq?
- Əlbəttə, itkilər oldu. Ancaq bunu baş məşqçi daha yaxşı bilir, başa düşür. Mənə elə gəlir ki, o, nəyi necə etmək lazım olduğunu yaxşı bilir. İnşallah, biz futbolçular da üzərimizə düşən vəzifəni yerinə yetirərik.
- Bəs öz oyununuzdan nə gözləyirsiniz? Vaqif Cavadov 3 il əvvəlki formasını qaytarıb, həmin oyununu göstərə biləcəkmi?
- Sözsüz ki, hər bir futbolçuya əvvəlki yaxşı oyununu göstərmək üçün vaxt lazımdır. Mən həmişə oyunlarıma nəzər salıram. Demək olmaz ki, bütün oyunlarıma baxmıram. Futbolçuda zədə problemi, uyğunlaşma prosesi olur. Ancaq “Qarabağ” da artıq bu prosesləri arxada qoymuşam.
- Sizə qarşı tənqidlər də çox olur. Bunu necə qarşılayırsınız?
- Əlbəttə, tənqidlər çox olur. Mən bunu həmişə normal qəbul etmişəm. Çünki idmançı idmançıdırsa, o, tənqidi sevməli və qəbul etməlidir. Ancaq tənqidin növləri olur. Bu, qərəzli olmalı deyil. Bəzi məqamlar var ki, tənqid olmalıdır. Ancaq bunu durduğu yerdə etməyi düzgün saymıram.
- Tənqidlərdən ruhdan düşürsünüz, yoxsa nəticə çıxardırsınız?
- Bunun necə olmağı qışda “Qarabağ”a qayıdışımdan sonra görünür. Mən heç vaxt tənqidlərə görə ruhdan düşməmişəm. Həm öz, həm də ailəmin adını daha da yüksəkdə saxlamağa və komandama daha çox xeyir verməyə çalışmışam.
- Yenidən xaricdə oynamaq variantını reallaşdırmaq yaxın gələcək üçün nəzərdə tutmusunuz?
- Çoxları bilir ki, mən qarşıdakı 1 ili burada oynamağı planlaşdırıram. Qardaşım xəstə olduğundan, vətənə əsas buna görə qayıtmışam. “Qarabağ”la 1 illik müqaviləmi sona kimi yerinə yetirmək istəyirəm. Bundan sonra Allah necə qismət etsə, elə də olacaq.
- Uğursuz “Tvente” praktikasından sonra yenidən xaricdə çıxış etməyi ciddi götür-qoy etməlisiniz...
- Mən deməzdim ki, ora getməyim effekt vermədi. Çünki hər bir futbolçu elə kluba keçəndə, reklam olunduğunu demək olmaz. Bu da onunla bağlıdır ki, hər gün azərbaycanlı futbolçu “Tvente”yə keçmir. Məni, yaxud Araz Abdullayevi, Rəşad Sadıqovu götürəndə, xaricdən tez qayıtmaq uğursuzluq deyil. Sadəcə, haradasa amillər öz sözünü dedi. Məndə zədə, kimdəsə uyğunlaşma prosesi oldu. Ancaq bizim futbolçularda elə komandalara getmək şansı hər dəfə olmur.
- Sizi “Tvente”yə aparan ingilis baş məşqçi Stiv Maklarenin yenidən bu posta təyin olunub...
- Mənim indi “Qarabağ”ın futbolçusu olduğumdan, gedişin real deyil. Gələcəkdə nə qismət olarsa, olar. Mən daim irəli olmağa çalışıram ki, yenə nə vaxtsa Avropada oynayım.
- Hər halda, futbolçularımızın Hollandiya ilə müqayisədə Rusiya, Türkiyədə oynamağı daha realdır...
- Əlbəttə, oyun üslubuna görə elədir. Ancaq bəlkə başqa ölkələrdə də mümkündür. Mən bilmirəm ki, sabah nə olacaq. İndidən nəyisə demək, planlaşdırmaq düzgün çıxmazdı.
- AFFA-nın İntizam Komitəsinin sizə verdiyi 1 illik bu ilin sonuna yaxın başa çatacaq. Bu müddətdə bağışlanmağınızla bağlı çox söhbətlər olsa da, baş məşqçi Berti Foqts nəinki sizi sərəncamınıza görmək, hətta sizinlə bağlı suala cavablandırmağı, bunun verilməyini belə istəmir. Belə olan halda, milliyə qayıtmaq perspektivinizə necə baxırsınız?
- Mən həmişə demişəm ki, vətənimi, Azərbaycanı, Bakını çox sevirəm. Bunu bilənlər bilir. Həmişə öz vətənimə görə oynamışam və heç vaxt millidən imtina eləməmişəm. Əgər milli komanda məni yenidən öz heyətində görmək istəsə, ona lazım olsam, həmişə canla-başla xidmət etməyə hazıram.
- Nə qədər ki, Foqts baş məşqçi postundadır, qayıdışınızı nə dərəcədə real sayırsınız? O, sizi yenidən dəvət edəcəkmi?
- Bunu Foqtsdan soruşmaq lazımdır. Mən bir futbolçu kimi millidə oynamağa hazıram. Qərar AFFA rəhbərliyi və Foqtsundur.
- Həmin vaxt çıxarılan qərarda göstərilib ki, siz Avstriya yığması Bakıdakı oyundan sonra yığmanın düşərgəsini özbaşına tərk etmisiniz və buna görə cəzalandırılmısınız...
- Bəlkə də başqa amillərə görə gedib-getməməyi deyə bilərlər. Kimsə deyə bilər ki, mən elə şeylər deməmişəm. Bunlar keçmişdə qalır və indi yalnız onların qərarıdır. Lazım bilsələr, oynamağa hazıram.
- Yəni Foqtsun vaxtında yenidən milliyə çağırılacağınıza ümidinizi itirməmisiniz?
- Ümidli deyəndə ki, hər futbolçu millidə oynamaq istəyir. Mən də həmçinin. Rusiyada oynadığım zamanı da öz vətənimi, Azərbaycan yığmasını seçmişəm və axıra kimi də bu milliyə xidmət etməyə hazıram.
- Millimizdən növbəti seçmə mərhələdə nə gözləyirsiniz?
- Çox şey. Ən azından onu istəyirəm ki, millimiz yaxşı nəticə əldə etsin və artıq bizim azarkeşləri sevindirsin. Əvvəlki seçmə mərhələlərlə müqayisədə, bu dəfə yaxşı oynayıb, çox xal toplamağını istəyirəm. Ancaq bunun üçün yaxşı hazırlaşıb, yaxşı kollektiv qurmaq lazımdır.
- Rəqiblərdən Portuqaliya, Rusiyaya, Lüksemburq yığmalarınıza qarşı oynadığınızdan, sizə yaxşı tanışdır...
- Qrupumuzdakı rəqiblərin hamısı maraqlıdır və hamı ilə də oynamaq olar. Sadəcə, dediyim kimi, yaxşı hazırlaşmaq lazımdır. Bütün xalqımız, futbol adamlarımız, azarkeşlərimiz millimiz ətrafında birləşib, növbəti seçmə mərhələdə yaxşı çıxış etməliyik.
Mehman SÜLEYMANOV

0
0