Ramin Musayev: Demək olmaz ki, rəqiblər bizdən çox zəifdir
26.06.2012 - 18:50
“Avrokuboklarda püşkü bizim üçün yaxşı qiymətləndirirəm. Nəticələr sərfəli oldu”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
O, avrokuboklara çıxan klublarımız – “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” və “Bakı”ya böyük ümidlər bəsləyir.
Musayevin fikrincə, “Neftçi” Çempionlar Liqasında, digər 3 komandamız Avroliqada mərhələ keçməlidir: “Futbolda bəxtin gətirib-gətirməməyi deyilən bir şey var. Bu dəfə bəxtimiz gətirdi, püşk bizim üçün yaxşı oldu. Ancaq belə demək olmaz ki, rəqiblərimiz bizdən qat-qat zəifdir, onlardan çox güclüyük və yüz faiz keçəcəyik. İdmanda hər şey ola bilər. Sadəcə, klublarımızın hazırlığından, köklənmələrindən, istəklərindən görünür ki, bizim üçün yaxşı olmalıdır. Növbəti mərhələdə rəqiblərimizlə oyunlarda şanslarımıza gəlincə, tələsməyək. Gəlin, ilk mərhələni keçək, sonra qollarımızı çırmalayaq”.
Qeyd edək ki, “Neftçi” Gürcüstanın “Zestafoni”, “Bakı” Sloveniyanın “Mura”, “Xəzər Lənkəran”la “İnter” Estoniyanın “Nomme Kalyu” və “Trans” klublarına düşüb.
Mehman SÜLEYMANOV

0
0