“Trans”ın baş məşqçisi “İnter”dən çəkinir
26.06.2012 - 18:47
Avroliqada "İnter"in rəqibi olan Estoniyanın "Trans" klubunun baş məşqçisi Serqey Prixodko müsahibə verib. Apasport.az saytının xəbərinə görə, o, püşkatma ilə bağlı bunları deyib: "Açığı, rəqibimizin kimliyini yenicə öyrənmişəm. Odu ki, dəqiq bir söz deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, bizim üçün çətin olacaq. Günü sabahdan "İnter" haqqında daha ətraflı məlumat toplamağa başlayacağıq. Avroliqada bütün oyunlar çətin keçir. Bu mənada "İnter" də çox ciddi rəqibdi. Ancaq biz də bacardığımız qədər rəqibə müqavimət göstərəcəyik. Əgər Avroliqaya vəsiqə qazanmışıqsa, deməli, özümüzü təsdiq etməliyik. Hələ şans haqqında danışmasaq yaxşıdı. Rəqibi tam öyrənəndən sonra bu haqda nəsə deyə bilərəm. Qoyun, şanslar 50/50-yə olsun".
Ekspressfutbol
Ekspressfutbol
0
0