“Neftçi”nin yeni transferi qol söz verdi - FOTO
26.06.2012 - 19:26
Hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən "Neftçi" daha bir futbolçunu heyətinə qatıb. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar”ın düşərgəsinə gələn Çili yığmasının hücumçusu Nikolas Kanaleslə rəsmi müqavilə imzalanıb.
İmzalama mərasimində Nikolas Kanales bunları deyib: "Neftçi" kimi iddialı kluba gəldiyim üçün çox şadam. Komandanın Çempionlar Liqasında oynaması mənim qərar verməyimə təsirini göstərdi. Çünki istər Çili, istərsə də digər xarici çempionatlarda çıxış edən komandalardan təkliflərim çox idi. Bura gəldiyim andan özümə qarşı xoş münasibəti, komanda daxilində olan səmimiliyi görəndən sonra düzgün qərar verdiyim bir daha təsdiqini tapdı və öz istəyimlə 11 nömrəli futbolkanı mənə təqdim etdilər. "Neftçi"nin heyətində ilk rəsmi oyunumu Bakıda, Çempionlar Liqası turnirində "Zestafoni" klubuna qarşı keçirəcəyəm. Neftçi" azarkeşləri əmin olsunlar ki, elə həmin matçda vuracağım qollarla onları sevindirəcəyəm".

0
0