Böyükağa Hacıyev: Nəticə qələbə ruhunu qoruyub saxlamaq baxımından vacibdir
26.06.2012 - 23:53
Böyükağa Hacıyev: Nəticə qələbə ruhunu qoruyub saxlamaq baxımından vacibdir
“Oyundan razı qaldım. İlk görüşlə müqayisədə futbolçular bir-birini daha yaxşı başa düşürdü”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

“Ağ-qaralar” Türkiyədəki hazırlıq çərçivəsində İranın “Sebahan” klubunu məğlub ediblər – 1:0. Oyunla bağlı danışan “Zəif” ləqəbli çalışdırıcı rəqibi tərifləyib: “Rəqibimiz Asiya qitəsində öz adından söz etdirmiş İran çempionu idi. Nəticə isə qələbə ruhunu qoruyub saxlamaq baxımından vacibdir. Toplanışa cəlb olunmuş gənc futbolçulara da şans verdik və onlar da ümidləri doğruldurlar. Çalışacağıq ki, ixtiyarımızda olan hazırlıq müddətindən maksimum yararlanıb komandanı tam hazır vəziyyətə gətirək".