“Xəzər Lənkəran”ın Avroliqada rəqibi liderliyini qorudu
27.06.2012 - 08:43
“Xəzər Lənkəran”ın Avroliqada rəqibi liderliyini qorudu
Azərbaycanın Avroliqada rəqibləri olan Estoniya klubları çempionatlarında növbəti oyunlarını keçirib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”la “İnter”in turnirin ilk təsnifat mərhələsində üzləşəcəyi “Nomme Kalyu” ilə “Trans” XVI turda evdə oynasalar da, fərqli nəticələrə imza atıblar. Lənkəranlıların rəqibi “Kuressaeere” ilə matçda sona yaxın 4 dəqiqəyə vurduğu qolla oyunun taleyini həll edib. Belə ki, 74-cü dəqiqədə Vakui, 78-ci dəqiqədə Melts rəqib qapısına yol tapıb – 2:0.

“Trans” isə “Levadiya” ilə oyunda fasiləyə Alekseyevin 28-ci dəqiqədə vurduğu qolla hesabda irəlidə yollansa da, 2-ci üstünlüyünü əldən verib. Morozovun 65 və 90-cı dəqiqələrdə etdiyi dubl qonaqlara 2:1 hesablı əzmkar qələbə qazandırıb.

Qeyd edək ki, “Nomme Kalyu” 16 oyunda sonra 43 xalla liderliyini qoruyub. “Trans” isə 14 oyundan sonra 15 xalla 6-cı yerdə gedir.