“Qəbələ” “Loryan” ilə heç-heçə etdi
27.06.2012 - 09:08
Portuqaliyada IBERCUP-2012 beynəlxalq turnirində çıxış edən “Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası qrup mərhələsində ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ilk oyunda yerli CIF klubunu 3:2 hesabilə məğlub edən təmsilçimiz növbəti matçda Fransa “Loryan”ı ilə üz-üzə gəlib.
Qarşılaşmada yüksək əzmkarlıq göstərən komandamız oyunun gedişində 1:3 hesabilə geriyə düşsə də, final fitinə kimi status-kvonu bərpa etməyi bacarıb – 3:3. “Qəbələ”yə 1 xalı gətirən qollara Təbriz İsazadə (2) və İdris İnqilablı imza atıblar. Bu nəticədən sonra hərəyə 4 xal toplayan “Qəbələ” və “Loryan” qrupun 1-2-ci yerlərini bölüşürlər.
Qeyd edək ki, “Qəbələ” qrupun son oyununda iyunun 27-i “UC Venesuela” ilə qarşılaşacaq.

- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0