“Bakı” Sloveniyadan məğlubedilməz qayıdır
27.06.2012 - 09:50
Azərbaycanın Avroliqada təmsilçisi olan “Bakı” Sloveniyadakı hazırlıq prosesində son yoxlama oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Novruz Əzimovun baş məşqçisi olduğu komanda Xorvatiyanın “İnter” klubu ilə 1:1 hesablı bərabərliyə qalıb. Oyunda hesabı 52-ci dəqiqədə rəqib açıb. Bakılılar 79-cu dəqiqədə müdafiəçisi İbrahim Karqbonun vurduğu qolla tarazlığı bərpa edib.
Qeyd edək ki, “zolaqlılar” Sloveniyada keçirdiyi 3 yoxlama oyunun heç birində uduzmadı. Avroliqada rəqibi olan yerli “Mura”ya 4:0 hesabı ilə qalib gələn “Bakı” Xorvatiya təmsilçiləri – “İnter”lə yanaşı, “Osiek”lə 1:1 hesablı bərabərliyə qalıb.

- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0