Stoyço Mladenov: Azərbaycanda futbola böyük sərmayələr qoyulur
27.06.2012 - 10:33
Stoyço Mladenov: Azərbaycanda futbola böyük sərmayələr qoyulur
“Azərbaycandakı klublar bizə məlumdur. Orada futbola böyük sərmayələr qoyulur”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstanın MOİK klubunun baş məşqçisi Stoyço Mladenov deyib.

O, avroliqanın II təsnifat mərhələsində qalibini gözlədikləri “Bakı” (Azərbaycan) – “Mura” (Sloveniya) cütünü dəyərləndirib: “Azərbaycanda klubların maddi durumları yaxşı olsa da, Avropada çıxışla bağlı böyük ənənələri yoxdur. Bunu turnirlərdəki nəticələri göstərir. Sloveniya da futbolunu yüksək səviyyəyə qaldırmağa çalışır. Tam əminəm ki, Avropada asan matçlar yoxdur. Komandaların belə oyunlara necə yanaşdıqları görünəcək. MOİK-in adını ən yaxşı formada qorumağa hazırıq”.

Qeyd edək ki, “Bakı” ikinci mərhələyə yüksəlsə, Sofiya təmsilçisi ilə ilk oyununu iyulun 19-da evdə, cavab matçını 1 həftə sonra səfərdə keçirəcək.