“Neftçi”nin rəqibi “Xəzər Lənkəran”ın məkanında - FOTOSESSİYA
27.06.2012 - 10:54
“Neftçi”nin Çempionlar Liqasında (ÇL) rəqibi olan “Zestafoni” Avstriyaya yollanıb. Apasport.az saytının məlumatına görə, Gürcüstan çempionu Almaniyanın Münhen şəhərinə təyyarə ilə yollanaraq, oradan avtobusla 2 saat təlim-məşq toplanışında olacaqları Tirol şəhərinə üz tutub.
“Xəzər Lənkəran”ın da hazırlıq keçdiyi şəhərdə ÇL-ə hazırlaşacaq “Zestafoni” artıq ilk yoxlama oyununda da rəqibini müəyyənləşdirib. Bu, Mirça Rednikin Lənkəran təmsilçisindən baş məşqçi postuna keçdiyi Rumıniyanın “Astra” klubudur. Cənubluların mövsüm bitəndən sonra imtina etdiyi rumıniyalı futbolçu Andrey Mureşanın transfer olunduğu komanda ilə matç iyunun 29-da Bakı vaxtı ilə 17:30-da başlayacaq.
Qeyd edək ki, Rednik 2011/2012 mövsümü yekunlaşdıqdan sonra “Astra” ilə yollarını ayırıb.

0
0