Estonların bombardiri “Xəzər Lənkəran”a qarşı oynamayacaq
27.06.2012 - 11:22
Estonların bombardiri “Xəzər Lənkəran”a qarşı oynamayacaq
“Xəzər Lənkəran”ın Avroliqanın I təsnifat mərhələsində rəqibi olan Estoniyanın “Nomme Kalyu” klubu heyətlə bağlı ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Estoniya çempionatının hazırkı lideri lənkəranlılarla bombardiri Tarmo Nezmelonun xidmətindən istifadə edə bilməyəcək. Klubun yaydığı məlumata görə, Nezmelo məşqdə ciddi zədələnib.

Cari çempionatda 9 qol vuran hücumçunun daban əzələsi qırılıb. Həkimlə məsləhətləşəcək futbolçu təxminən 1 aylığa sıradan çıxdığını bildirib. Onun məşqçisi Fredo Qetulio Aurelio Tarmonun itkisini ciddi saysa da, üzülmür: “Biz vacib futbolçunu itirdik. Ancaq onu əvəzləyəcək futbolçumuz var”.

Qeyd edək ki, “Xəzər Lənkəran” Estoniya təmsilçisi ilə iyulun 5-də evdə, 10-da səfərdə oynayacaq.