“Berti Foqts bizə lazım olmadı”
27.06.2012 - 11:53
“Berti Foqts bizə lazım olmadı”
Polşa milli komandası Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun xidmətindən imtina edib. Apasport.az saytının məlumatına görə, bu ölkənin futbol federasiyasının prezidenti Qjeqoj Lyato millisinin baş məşqçi postuna 2 namizəddən biri olan 66 yaşlı almaniyalı mütəxəssislə əməkdaşlıq variantının baş tutmadığını bildirib.

Avqustda müqaviləsi bitən sabiq baş məşqçi Frantişek Jmuda ilə Avropa çempionatında çıxışını başa vurduqdan sonra yollarını ayıran Lyato yenidən yerli mütəxəssislə işbirliyini üstün tutub: “Yığmamızın baş məşqçi postuna xarici mütəxəssisi gətirmək variantını qüvvədən salmışıq. Buna görə də Foqts bizə lazım olmadı. Yeni baş məşqçinin işləmək üçün az vaxtı olacaq. Növbəti seçmə mərhələyə az qalıb, avqustda isə Estoniya yığması ilə yoldaşlıq görüşü keçirəcəyik”.

Qeyd edək ki, polşalılar yeganə namizədi olan yerli “Rux”un baş məşqçisi Valdemar Fornalikin təyinatını bu gün İcraiyyə Komitəsinin iclasında müzakirə edərək, rəsmiləşdirəcəyi gözlənilir.