Millimizin 22 futbolçusu Avstriyaya gedir
27.06.2012 - 13:54
İyulun 1-dən 10-a qədər Avstriyanın Zalsburq şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, artıq hazırlıqlarda iştirak edəcək komandanın heyəti açıqlanıb. Baş məşqçi Vəli Qasımov heyətə 22 futbolçu dəvət edib: Tərlan Əhmədli (“Rəvan”), Eyyub Əliyev (“Simurq”), Rəşad Əzizov, Elşən Abdullayev (hər ikisi “Neftçi”), Coşqun Diniyev, Azər Salahlı, Fuad Bayramov (hamısı “İnter”), Kamal Mirzəyev, , Murad Musayev (hər ikisi “Qəbələ”), Şamil Cəmaləddinov, Orxan Əliyev, Samir Yusifov, Ruslan Nəsirli (hamısı “Sumqayıt”), Əskər Nəcəfəliyev (“Rostov”, Rusiya), Valeh Eyvazlı (“Spartak”, Rusiya), Bayram Budaqov (“Dnepr”, Ukrayna), Taşkın İlter (“Herta”, Almaniya), Soslan Tuayev (“Alaniya”, Rusiya), Eldar Cankişiyev (“Anji”, Rusiya), Tural Hümbətov (“Zenit”, Rusiya), David Qarayev (“Stolitsa”, Rusiya), Aydın Mustafazadə (“Bakı Lokomotiv”).
Məənbə: affa.az
Məənbə: affa.az
0
0