“Narazılıq oldu, mən də “Neftçi”dən ayrıldım”
27.06.2012 - 17:00
Avstriyada təlim-məşq toplanışını başa vurmaqda olan “Xəzər Lənkəran”ın düşərgəsinə dünən axşam saatlarında tanınmış sima baş çəkdi. Uzun müddət “Neftçi” klubunun heyətində əzəli rəqibi “ağ-yaşıllar”a qarşı oynamış Vladimir Miçoviçin “Kaiser İn Tirol” otelinə gəlməsi bir çox futbolçunun təəccübünə səbəb oldu. Serbiyalı qapıçı futbolçularla görüşdən sonra hazırda Avstriyada olan apasport.az saytının əməkdaşına verdiyi müsahibədə “Xəzər Lənkəran”ın düşərgəsinə baş çəkməsinin səbəbini açıqlayıb.
- Hazırda nə işlə məşğulsunuz, harada çalışırsınız?
- Agent kimi fəaliyyət göstərirəm.
- Vətəninizdə?
- Bəli, Serbiyada.
- Serbiyadan Avstriyaya səfər edib, “Xəzər Lənkəran”ın düşərgəsinə baş çəkməkdə məqsədiniz bu komandaya futbolçu gətirməkdi?
- Xeyr, hansısa futbolçu gətirməmişəm. Amma bu işlə tanışlarımdan biri məşğuldu. Mən də dil bildiyim və “Xəzər Lənkəran”ı tanıdığım üçün həmin agentə kömək edirəm.
- “Neftçi”dəki karyeranız yadınızda necə qalıb?
- Çox şadam ki, belə bir klubda oynamışam, özü də uzun müddət. 5 il bu komandanın formasını geyindim. Təəssüf ki, sonradan futbolla vidalaşdım. Hərçənd, hələ oynaya bilərdim. Həmin dövrü çox yaxşı xatırlayıram. Mənə çox yaxşı idi. Ümumilikdə, 7-8 il Azərbaycanda yaşadım. Əsl azərbaycanlı, bakılıya çevrildim.
- Bəs sizi “Neftçi”dən niyə kənarlaşdırdılar?
- Buna kənarlaşdırmaq demək olmaz. Amma bütün hallarda, arada anlaşılmazlıq oldu və “Neftçi”ni tərk etdim. Klubla hələ müqaviləm qalsa da, vidalaşdıq.
- Narazılıq konkret kimlə yaranmışdı?
- Bu vacib deyil, amma narazılıq oldu, mən də “Neftçi”dən ayrıldım.
- Bəlkə bir çox futbolçular kimi, sizi də klubdakı atmosfer qane etməyib?
- Sadəcə, anlaşılmaz hadisələr baş verdi və bu da xoşuma gəlmədi. Elə bu üzdən klubdan getdim. “Neftçi” haqda heç vaxt pis söz danışa bilmərəm. Çünki mənim üçün doğma klubdur. Təəssüf ki, belə oldu. Amma nə etmək olar, həyatdır.
- Ardıcıl ikinci dəfə Çempionlar Liqasında oynayacaq sabiq komandandan nə gözləyirsiz?
- İlk səddi keçəcəklərini gözləyirəm.
- Amma rəqib, Gürcüstan təmsilçisi “Zastafoni” heç də zəif komanda deyil...
- Əlbəttə zəif deyil. Bütün hallarda ümid edirəm ki, “Neftçi”nin bu komandanı keçmək imkanı var və bunu bacaracaq. Təbii ki, sabiq klubuma azarkeşlik edəcəm. “Neftçi”yə Çempionlar Liqasına, ən azı isə Avropa Liqasına düşməyi arzulayıram.
- Uzun müddət ölkəmizdə oynamısız. Sizin fikrinizcə, Azərbaycanda ən yaxşı qapıçı kimdir?
- Birmənalı şəkildə Kamran Ağayev. Onu həmişə ən yaxşı saymışam. Bunu dəfələrlə həm klubunda, həm də yığmada sübut edib.
- Biz ancaq yerli qapıçıları nəzərdə tutmuruq...
- Mən Kamranı ən yaxşı sayıram.
- Bəs “Neftçi”nin şərəfini qoruyan Saşa Stamenkoviç?
- O da yaxşı qapıçıdır. Amma mən Ağayevi daha üstün sayıram.
- Avropa Liqasında çıxış edəcək “Xəzər Lənkəran”, “İnter” və “Bakı”dan nə gözləyirsiz?
- Hər üçünün mərhələ keçəcəyini düşünürəm. Çünki normal rəqiblər düşüb. Ümid edirəm ki, ötən mövsümlə müqayisədə, bu il daha yaxşı olacaq.

0
0