“Bakı”nın Avroliqada uğurlu çıxış etmək üçün yaxşı futbolçuları var”
27.06.2012 - 16:40
“Bizim çox yaxşı komandamız və oyunçularımız var. Özümü komandanın bir hissəsi kimi hiss edirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın yeni transferi Georgi Popxadze klubunun televiziyasına açıqlamasında deyib. Gürcüstan millisinin sol cinah müdafiəçisi Avroliqada uğurla çıxış edəcəklərinə ümidlidir: “İrəlidə bizi çox vacib oyunlar gözləyir. Bu günü səbirsizliklə gözləyirik. Artıq oynayacağımız komandanı da bilirik. Fikirləşirəm ki, bizim növbəti mərhələyə keçmək ehtimalımız yüksəkdir. Keçən mövsüm Avroliqada iştirak etmişdim. “Bakı”nın da burada uğurlu çıxış etmək üçün yaxşı oyunçuları var. Bizim üçün bu gözəl fürsətdir. Xırda işlərin öhdəsindən gəlsək, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Sloveniyanın “Mura” klubuna düşən “Bakıə” 2-ci mərhələyə çıxarsa, Sofiya MOİK-i ilə üzləşəcək.
Qeyd edək ki, Sloveniyanın “Mura” klubuna düşən “Bakıə” 2-ci mərhələyə çıxarsa, Sofiya MOİK-i ilə üzləşəcək.
0
0