“Qəbələ” hazırlıq proqramını açıqladı
27.06.2012 - 17:18
İyunun 26-da Bakıda bir araya gələrək tibbi müayinədən keçən “Qəbələ” sabah doğma şəhərində 2012/2013 mövsümünün hazırlıqlarına start verəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gündəlik 2 məşqə çıxacaq komanda Qəbələdəki hazırlıqlarını iyulun 10-na kimi davam etdirəcək.
İki günlük istirahətdən sonra – iyulun 13-də “Qəbələ” hazırlıq məqsədilə Sloveniyaya yollanacaq. Ölkə xaricində baş tutacaq təlim-məşq toplanışının ikinci hissəsi iyulun 27-nə kimi davam edəcək. Toplanış müddətində “Qəbələ” 5 yoxlama oyununda gücünü sınayacaq. Rəqiblər qarşıdakı günlərdə dəqiqləşəcək.

- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0