“Qarabağ”dan təklif gələn kimi düşünmədən qəbul etdim” – FOTO
27.06.2012 - 16:48
“Qarabağ” mövsümlərarası fasilədə daha bir transferi reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Almaniya bundesliqasından qapıçı Miro Varvodiçi, ölkəmizin gənc istedadlarından sayılan Elnur Abdulovu sıralarına qatan Ağdam klubu daha bir perspektivli futbolçu – müdafiəçi Hacı Əhmədovu heyətinə cəlb edib. Azərbaycan millisinin də şərəfini qoruyan Əhmədovla 2 illik müqavilə imzalanıb.
1993-cü il təvəllüdlü futbolçu artıq “Qarabağ”la məşqlərə də çıxır. Hacı yeni klubunun rəsmi saytına açıqlamasında hədəflərindən danışdı: “Qarabağ” daim gənclərə, yerlilərə üstünlük verən komanda kimi tanınır. Buradan təklif gələn kimi düşünmədən qəbul etdim. Qurban Qurbanovla işləmək mənim üçün əla bir şansdır. Bilirəm ki, işim heç də asan olmayacaq. Əsas heyət uğrunda mübarizə böyükdür. Amma öz üzərimdə işləməyə davam edəcəyəm. Əsas məqsədim komandama faydalı olmaq və milli komandada möhkəmlənməkdir”.

0
0