Hakimlər “Xəzər Lənkəran”a müraciət etdi
27.06.2012 - 21:12
Avstriyada təlim-məşq toplanışında olan “”Xəzər Lənkəran”ın sonuncu yoxlama oyununda maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Yunis Hüseynovun yetirmələrinin Çexiya “Dinamo”su ilə görüşününü fasiləsi cəmi 5 dəqiqə çəkib.
Bunun təşəbbüskarı isə oyunun hakimləri olub. Onlar komandalara müraciət edərək 5 dəqiqəlik fasilədən sonra meydana çıxmaqlarını xahiş ediblər. Buna səbəb isə saat 23:45-də AVRO-2012-nin yarımfinal oyunu olub. Ədalət təmsilçiləri İspaniya ilə Portuqaliya arasında qarşılaşmanı qaçırmamaq üçün buna məcbur olub.

0
0