“İstərdim ki, bu turnir hər il keçirilsin”
28.06.2012 - 09:22
“Öncə Azərbaycan Beynəlxalq Bankını 20 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Banka uğurlu fəaliyyət, cox gəlir və uzunömürlük arzulayıram. Bakı Futbol Federasiyası və Azərbaycan Beynəlxalq Bankı tərəfindən keçirilən turnirə gəldikdə onu demək istəyirəm ki, çox şadam, çünki bu yarış belə beynəlxalq turnirlərin keçirilməsinin müsbət tendensiyasını davam etdirir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.
O, ölkəmizdə keçirilən Azərbaycan Beynəlxalq Bankını 20 illik yubileyinə həsr olunan futbol üzrə beynəlxalq turnir haqda fikirlərini açıqlayıb: “Bilirsiniz ki, bu yaxınlarda belə bir turnir Qəbələdə keçirilmişdi və düşünürəm ki, bu yarışlar digər klub və təşkilatçılar üçün nümunə olacaq və onlar da belə turnirlər təşkil etmək istəyəcək. Ümumiyyətlə, çox yaxşıdır ki, uşaqlara belə yarışlarda iştirak etmək, xarici rəqiblərlə güclərini sınamaq imkanı verilir. Təəssüf ki, mən hələlik ancaq komandamızın İsveçin “Brommapoykarna” komandasıyla keçirdiyi qarşılaşmanı izləyə bilmişəm. Matç bizim üçün heç də yaxşı nəticə ilə başa çatmadı, ancaq unutmaq lazım deyil ki, isveçlilər kubokun favoritlərindən biridirlər”.
Nikolov azarkeşlik etdiyi komandanın adını da açıqlayıb: “Etiraf edim ki, Bolqarıstanın “Slaviya” komandasına güclü azarkeşlik edirəm və komandaya yaxşı nəticələr əldə etməyi arzulayıram. Bir də ki, buraya gəlmiş digər klublar da ancaq maksimum nəticəyə ümid edirlər. Buna görə də, demək istəyirəm-qoy, güclü qalib gəlsin. Səmimi qəlbdən istərdim ki, bu turnir hər il keçirilsin. Məhz belə turnirlər sayəsində daha çox ölkə və komanda Azərbaycanın necə bir ölkə olduğunu tanıyır və onun futbolunun yaxşı templərlə inkişaf etdiyinin şahidi olur”.

0
0