2012/13 mövsümü Lənkəranda başlayacaq
28.06.2012 - 10:00
Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək Azərbaycan klublarının ilk oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyulun 5-də baş tutacaq qarşılaşmalar fərqli saatlarda başlayacaq.
Komandalarımız arasında hamıdan əvvəl meydana “Xəzər Lənkəran” çıxacaq. Lənkəran şəhər stadionunda Estoniyanın “Nomme Kalyu” klubunu qəbul edəcək təmsilçimizin oyunu saat 20:00-da başlayacaq. Bununla da Azərbaycanda 2012/13 mövsümü start götürəcək.
Yarım saat sonra Estoniyanın Rakvere şəhərinin eyni adlı stadionunda digər Azərbaycan-Estoniya dueli yaşanacaq. Orada “İnter” və “Trans” üz-üzə gələcək.
Avropa Liqasına hamıdan sonuncu qatılan isə “Bakı” olacaq. Onlar “Dalğa Arena”da Sloveniya “Mura”sını qəbul edəcək. Bu görüş saat 21:00-da başlayacaq.

- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
0
0