“Bankirlər”in taleyi belçikalı bankirə tapşırıldı
28.06.2012 - 11:17
Avropa Liqasının I təsnifat mərhələsində Estoniyanın “Trans” klubu ilə qarşılaşacaq Bakı “İnter”inin ilk oyununda baş hakim belçikalı Aleksandr Boukat olacaq. Apasport.az saytının məlumatına görə, 32 yaşlı ədalət təmsilçisi yalnız bu ilin yanvarından FİFA referisi sayılır. “Bankirlər”in iyulun 5-də baş tutacaq səfər oyununda fit çalacaq Boukat buandək Belçika və Hollandiya çempionatlarında hakimlik edib.
UEFA-nın hakimlər üçün 3-cü kateqoriyasına daxil olan belçikalı beynəlxalq dərəcəli reeri kimi cəmi 2 matçda fit çalıb. Bu qarşılaşmalar da U-19 yığmalarının iştirakı ilə olub. Avrokuboklardakı debütü Estoniyada gerçəkləşdirəcək Boukatla bağlı maraqlı məqam isə onun peşəsi ilə bağlıdır. Belə ki, “İnter”in səfər oyununun hakimi bankir kimi çalışır. “Bankirlər”in matçında fit çalacaq Boukat Belçikanın “At” bankının şöbələrindən birinin müdiridir.

0
0