Azərbaycan çempionu Bolqarıstan klubuna məşqçi təyin olundu
28.06.2012 - 12:38
“Bakı”nın bolqarıstanlı sabiq futbolçusu Aleksandr Tomaş məşqçiliyə başlayıb. Apasport.az saytının məlumatına görə, 2008/09 mövsümündə “zolaqlılar”ın heyətində Azərbaycan çempionu olan 34 yaşlı müdafiəçi “Beroe”yə məşqçi təyin olunub. O, yüksək liqa təmsilçisində Petyo Kostadinovla birgə baş məşqçi İvko Qançevin köməkçiləri olacaq.
Ötən mövsüm vətənində “Montana” klubunda oynayan Tomaşın “Beroe”yə qayıtdığını demək olar. Çünki o, hələ 2010/11 mövsümündə bu komandada çıxış edib. Əsas uğurları “Bakı”nın Avroliqada potensial rəqibi olan Sofiya MOİK-i ilə bağlı olan Aleksandr 1999-cu ildə onunla Bolqarıstan kuboku, 4 il sonra çempionluğunu qazanıb. Müdafiəçi millidə 12 oyun keçirib.

0
0