“Dalğa Arena”da üzgüçü
28.06.2012 - 12:46
Avropa Liqasının I təsnifat mərhələsinin “Bakı” ilə Sloveniya “Mura”sı arasında oyununu ukraynalı Sergey Dankovski idarə edəcək. Apasport.az saytının məlumatına görə, 35 yaşlı ədalət təmsilçisi hakimliyə 2003-cü ildə başlayıb. Artıq 2009-cü ilin əvvəlindən ukraynalı FİFA referisi adını alıb. Lakin Dankovski beynəlxalq oyunlarda o qədər də etimad qazanmayıb. “Dalğa Arena”dakı görüşə qədər azsaylı matçda fit çalan Dankovski əsasən aşağı yaşlıların matçlarında iş başında olub. Avrokuboklardakı debütü Bakıdakı matçda rəsmiləşəcək Dankovskinin ən çox sevdikləri isə üzgüçülük və idman yürüşüdür.
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
0
0