Skandinaviyalı üçün 2-ci sınaq
28.06.2012 - 13:01
“Xəzər Lənkəran”ın Avropa Liqasının I təsnifat mərhələsinin Estoniya “Nomme Kalyu”su ilə cavab oyununu Daq Vidar Hafsas idarə edəcək. Apasport.az saytının məlumatına görə, 39 yaşlı norveçli ədalət təmsilçisi 2011-ci ildən FİFA referisidir. UEFA-nın hakimlər üçün 3-cü kateqoriyasına daxil olan skandinaviyalı beynəlxalq oyunların nadir qonağıdır Əsasən aşağı yaşlı futbolçuların oyunlarına təyinat alan Hafsas avrokuboklarda da debüt etmək imkanı qazanıb. Ö, ötən mövsüm də Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarında iştirak edib. Ədalət təmsilçisi İslandiyada “Reykyavik”lə Farer adalarının “Fulafyordur” ilə oyununda fit çalıb. Həmin matçda meydan sahibləri 5:1 hesabı ilə qalib gəlib.
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
0
0