Rusiya yığmasını Bakıya İqor Ponomaryovun komanda yoldaşı gətirəcək
28.06.2012 - 13:14
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımıza yığmanın məşqçisi 50 yaşlı Aleksandr Borodyuk rəhbərlik edəcək. Onun təyinatı yaxın günlərdə açıqlanacaq. Borodyuk Rusiya Futbol İttifaqının yeni prezidentinin kim olacağından asılı olmayaraq, bu posta gətiriləcək. Yaxında Moskva “Dinamo”sunun idman direktoru və vitse-prezidenti təyin olunan mütəxəssisin bu vəzifədə qalıb-qalmayacağı hələ bilinmir.
Borodyuk 2006-cı ildən işlədiyi Rusiya yığmasında hollandiyalı həmkarları – Qus Hiddinklə Dik Advokatın köməkçisi olub. Üç il öncə Bakıya millisinin məşqçisi kimi gələn Borodyuk 1988-ci ildə SSRİ yığmasının heyətində futbolçumuz, yığmamızın sabiq baş məşqçisi İqor Ponomaryovla birgə Seul Olimpiadasının qalibi olub.

0
0