“Bakı”nın da rəqibi stadion problemi ilə üzləşdi - FOTOSESSİYA
28.06.2012 - 13:30
Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycan klubları ilə qarşılaşacaq əcnəbi komandaları stadion problemi çözülmür. Apasport.az saytının məlumatına görə, müvafiq olaraq “Xəzər Lənkəran” və “İnter”lə ev oyunlarını başqa stadionlara salmalı olan Estoniyanın “Nomme Kalyu” və “Trans” klublarının ardından “Mura” da problemlə üzləşib.
“Bakı”nın rəqibi olan Sloveniya təmsilçisi iyulun 12-də meydan sahibi kimi doğma “Fazaneriya” stadionuna çıxa bilməyəcək. 5500 tamaşaçı tutan Murska-Sobota şəhərindəki stadion “Bakı” ilə oyun üçün yararlı deyil.
Artıq UEFA-nın özü də matçın Lendavadakı İdman Parkında baş tutması haqda qərar qəbul edib. 1946-cı ildə inşa olunan, 2006-cı ildə yenidənqurma işləri aparılan bu arena daha kiçikdir. Lendava şəhərindəki stadion cəmi 3000 azarkeş tutur. Lakin “Mura” fanatları hələ də ümidini itirmir. Sloveniyalıların fikrincə matça qədər UEFA-nı fikrindən döndərmək olar. Lendavadakı Idman parkı isə “Nafta” klubuna məxsusdur.

0
0