Kriştianu Ronaldo: Biz özümüzlə fəxr edə bilərik – MÜSAHİBƏ
28.06.2012 - 13:38
Kriştianu Ronaldo: Biz özümüzlə fəxr edə bilərik – MÜSAHİBƏ
Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo Avropa çempionatının yarımfinalında İspaniyaya uduzduqları matçdan sonra müsahibə verib. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ının hücumçusu məğlubiyyətin səbəbləri ilə yanaşı, bürünc mükafatçısı olduqları qitə birinciliyində çıxışlarını, öz oyununu dəyərləndirib.

- İspaniya yığmasına oyun sonrası penaltilərdə məğlubiyyətdən sonra düşüncələriniz necədir?
- Penaltilərlə məğlubiyyətdən sonra həmişə böyük üzüntü və ədalətsizliklə bağlı hissələr qalır. Bu, ilk olaraq hiss etdiyimiz oldu. Ancaq əgər düşünürsənsə, biz son Avropa və dünya çempionuna yalnız penaltilərlə uduzdumusan, onda özümüzlə fəxr edə bilərik.

- Oyunun taleyini əsas vaxtda həll edə bilməməyinizi nə ilə əlaqələndirirsiniz?
- Təəssüf ki, uğurlu debütdən sonra biz əvvəlcə penaltilərdə üstünlüyümüzü əldən verdik, ardından isə üzücü qeyri-dəqiqlik oldu. Buna görə də mənim zərbəmə iş çatmadı.

- Deməli, sonuncu zərbəni siz vurmalı idiniz...
- Bəli. Mən penaltilərdən öncə məşqçi ilə neçənci zərbə vuracağımı müzakirə etdim. O dedi ki, nöqtəyə 5-ci yaxınlaşım.

- İndi hansı emosiyaları keçirirdiniz?
- Əlbəttə, bu, yığmamız üçün çətin andır. Hər halda, biz 2 penaltini vura bilmədik.

- İspaniya yığmasında çoxlu dostlarınız var. Onları qarşı necə oynayırdınız?
- Normal. Biz meydandan kənarda dostuq. Meydanda isə dostlar olmur. İspaniyaya finalda çətin olacaq. Ancaq ona uğurlar arzulayıram. Bu ölkədə dostlarım yaşayır, özüm orada çıxış edirəm.

- Yığmanızın Avropa çempionatında çıxışını necə qiymətləndirərdiniz?
- Fikrimcə, turnir Portuqaliya yığması üçün uğurlu alındı. Biz yaxşı nəticə göstərdik, Avropanın ən güclü 4 komanda arasına düşdük. Yalnız ona görə qalib gəlmədik ki, bəxtimiz gətirmədi. Ancaq penaltilər seriyasında belə şeylər olur. Hərçənd biz fəxr etməliyik. Əslində içimizdə boşluq var. Çünki bilirdik ki, finala kimi irəliləmək gücümüz var.

- Bəs öz oyununuzdan razı qaldınız?
- Bəli. Mən həmişə olduğu kimi, bütün gücümlə oynadım. Buna görə də komandaya verdiyim faydamdan qane oldum. Biz nə etməli olduğumuzu etdik. Yaxşı oynadıq və finala çıxmağa layiq idik.