İqor Prins: Həmişə favorit qalib gəlmir - MÜSAHİBƏ
03.07.2012 - 23:02
İqor Prins: Həmişə favorit qalib gəlmir - MÜSAHİBƏ
Estoniyanın “Nomme Kalyu” klubunun baş məşqçisi İqor Prinsin apasport.az saytına müsahibəsi

- Oyuna 3 gün qalmış Lənkərana gəlmisiz. Şəhər və “Xəzər Lənkəran”ın bazası haqda nə deyə bilərsiniz?
- Etiraf edim ki, hələlik Lənkəranı gəzməyə vaxtımız olmayıb. Lakin şəhərə çıxmağı planlaşdırırıq. Dəniz kənarını mütləq gəzəcəyik.

- Bəs baza?
- “Xəzər Lənkəran”ın bazası çox xoşuma gəldi. Burdakı meydanlar da əla vəziyyətdədir. Oyuna 2 gün qalmış bizə məşq üçün şərait də yaratdılar. Buna görə “Xəzər Lənkəran” rəhbərliyinə minnətdaram.

- “Xəzər Lənkəran” haqda nə kimi məlumat toplamısız?
- Yalnız 1 oyunun kasetini tapıb izləyə bildik. Məlumatımız yalnız buna əsasəndir. Lakin 1 kasetə əsasən toplanan bilgilər məni qane edib. Bilirəm ki, komandanız çox güclü, texnikalıdır. Yaxşı futbolçulara malikdir.

- Cütün favoriti hansı komandadadır?
- Əlbəttə “Xəzər Lənkəran”. Lakin futbolda favorit anlamı yalnız kağız üzərindədir. Meydanda isə heç də həmişə favorit qalib gəlmir. Biz də əlimizdən gələni edəcəyik ki, mərhələ keçək.

- Səfər matçında sizi hansı nəticə qane edir?
- İstənilən nəticə. Amma bir şərtlə ki, cavab oyunu ərəfəsində mərhələ adlamaq üçün şansımızı qalsın.
0