“Dedim yola salın getsin, gələndə onu görməyim”
03.07.2012 - 23:08
“Bakı” klubunun baş meneceri Zeynal Məmmədovun apasport.az saytına müsahibəsi
- Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa cəmi 2 gün qalıb. Komandada vəziyyət necədir?
- Məşqlərimiz davam edir. Düzgün qeyd edirsiniz ki, cəmi 2 günümüz qalıb. Düşünürəm ki, ancaq və ancaq qarşıya qoyulan məqsədə nail olmalıyıq. Artıq avrokuboklarda sözümüzü deməyin zamanı yetişib. Bu, təkcə “Bakı”ya yox, bütün iştirakçılarımıza aiddir. Yəni komandalarımızın hamısının qələbə qazanmasını və mərhələ adlamasını səmimi qəlbdən istəyirəm. Çünki ölkə kənarında biz Azərbaycanı təmsil edirik. Qazanılan hər bir qələbə reytinq xalıdır. Növbəti dəfə daha yaxşı yerdən başlaya bilərik. Təbii ki, qələbə qazansaq əla olar. Qapıçımız da artıq Bakıya gəlib. Bildiyiniz kimi, Antonis Georgallideslə anlaşdıq. O, həm də Kipr yığmasının qapısını qoruyur. Onunla iki illik müqavilə imzalayacağıq. Mərhələ adlaya bilsək, daha bir-iki futbolçu da transfer edəcəyik.
- Antonis Georgallidesin transfer vərəqi gəlibmi? Onun adını iştirak ərizəsinə daxil edə biləcəksizmi?
- Biz onun adını iştirak ərizəsinə daxil edəcəyik. Oyuna gününə qədər futbolçunun transfer vərəqinin gələcəyinə ümid edirik. O, ölkəsinin yığmasında çıxış edir və düşünürəm ki, hansısa problemlə qarşılaşmarıq.
- Bəs hazırlıq səviyyəsi necədir? Meydana buraxmağa dəyərmi?
- Əslində, biz onunla bir ay əvvəldən maraqlanırdıq. Lakın o, Azərbaycana gəlmək istəmədiyini bildirmişdi. Kolumbiyalı qapıçı Neko Martinezin qeyri-peşəkar hərəkət etməsi bizi yenidən onunla əlaqə saxlamağa vadar etdi. Yoxsa onu Bakıya gətirmişdik də, müqavilə imzalayardıq. Sadəcə, futbolçunun Bakıya gəldikdən sonra tez-tez fikrini dəyişməsi, bu qədər deyil, filan qədər pul istəyirəm kimi peşəkar futbolçuya yaraşmayan hərəkətlər etməsi bizə pis təsir etdi. Həmin pulu “Bakı” klubu verə bilərdi. Buna imkanı çatırdı. Amma sabah o daha betər hərəkət edə bilərdi. Bunu nəzərə alıb, onunla anlaşmağı münasib bilmədik. Özüm Sloveniyada olarkən, dedim ki, yola salın getsin, ora gələndə onu görməyim. Biz az çəkinirdik ki, oyuna qədər transferi çatdıa bilmərik. Şükürlər olsun ki, hər şey qaydasındadır. Aqil Məmmədov tək idi. O, 37 dərəcə istidə oynayacaqdı. Həmin temperaturda hər bir şey ola bilərdi. Düzdür, əvəzedici komandanın qapıçısı da var idi. Amma o, hələ “avropalıq” deyil.
- Onun əvvəlcə ölkəmizə gəlməkdən imtina etməsi nə ilə bağlı idi?
- Həmin qapıçını bizə mayın axırlarında, çempionat başa çatan vaxt təklif etmişdilər. Görünür necə təqdim etmişdilərsə, futbolçu bura gəlmək istəmirdi. İdman direktorumuz Bojidar Bandoviç Yunanıstanda işlədiyinə görə, sonra o, araya girdi və məsələ həllini tapdı.
- “Bakı”nın həm də hücum xəttində problemlər var.
- Bəli, hücum xəttində də problemlər var. Xüsusilə də Uinston Parksın formada olmaması işimizi çətinləşdirib. Maris Verpakovski yaxşı formadadır. Amma tək Marislə iş aşmır. O da zədələnə bilər. Mərhələ adlasaq, bir hücumçu mütləq transfer edəcəyik.
- Danışıq apardığınız hücumçu varmı?
- Var, bu sahədə işlər gedir. Xırda nüanslar qalıb ki, onlar da həll edildikdən sonra açıqlama veriləcək.
- “Bakı” adətən təbii örtüklü meydanda oynayırdı. Amma bu dəfə rəqibinizi süni örtüklü meydanda qəbul edəcəksiz. Bu oyununuza necə təsir göstərəcək?
- Məndən olsa təbii meydanda oynayardıq. Hətta bu məqsədlə UEFA-ya Lənkəran şəhər stadionunu da sifariş vermişdik. Onların rəhbərliyindən də xahiş etmişdik. “Xəzər Lənkəran”da evdə oynadığına görə, “Dalğa Arena”nı seçdik. Meydan amili oyunumuza təsir etməməlidir. Bir oyundur, yola vermək olar. Ölkə kubokunun final matçını, “Rəvan”la səfər oyunlarımızı həmin meydanda keçirmişik və futbolçularımız özlərini yaxşı tərəfdən göstəriblər.
- Hazırlıq prosesində “Mura”nı məğlub etmişdiz. Həmin oyunda rəqib daha çox ehtiyat oyunçulara şans vermişdi. Siz də açıqlamanızda bu matçı unutmalı, arxayılaşmamalı olduğunuzu demişdiz. Bəs futbolçularla bu barədə söhbətiniz olubmu?
- Hələ Sloveniyada olanda bu barədə söhbətimiz olmuşdu. Avrokuboklarda zəif rəqib olmur. Ona görə çıxıb, gücümüzü meydanda qoymalıyıq. Rəqibin heyətində gənclər yer alır. Onlar da sona qədər mübarizə aparacaqlar, özlərini yaxşı tərəfdən göstərəcəklər ki, gələcəkdə daha yaxşı komandalara keçə bilsinlər. Çox çətin olacaq. Komandalarımız arasında ən çətin rəqib bizə düşüb. Ola bilsin, “Bakı” büdcəsinə, heyətinə görə onlardan üstün olsun. Amma bu meydanda nəyisə dəyişmir. Sloveniya üçüncüsü ilə qarşılaşacağıq. Hansı ki, rəqibin heyətində ölkə çempionatının ikinci bombardiri yer alıb. Rəqibi mütləq qiymətləndirməliyik. Yoxsa bu bizə baha başa gələ bilər.
- Necə düşünürsüz, “püşk bu dəfə klublarımızın üzünə güldü”, deyə bilərikmi?
- Klublarımız I mərhələ ilə bağlı giley etməməlidirlər.
- Onların mərhələ keçəcəklərinə inanırsızmı?
- Mütləq, hamısından bunu gözləyirəm. Burda söhbət təkcə “Bakı”dan deyil, bütün iştirakçılarımızdan gedir.
- Yəqin ki, futbolçularınız üçün mükafat fondu da ayrılacaq...
- Mütləq.

0
0