“Sübut elə ki, uşaq məndəndir”
05.07.2012 - 16:29
“Sübut elə ki, uşaq məndəndir”
İtaliya yığmasının futbolçusu Mario Balotelli keçmiş sevgilisi Rafaella Fikonun ondan uşaq gözləməyinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, başı qalmaqallardan açılmayan gənc hücumçu onun haqqında deyilənlərə aydınlıq gətirib. Son Avropa çempionatında parlaq çıxışı ilə yadda qalan, 3 qolla bombardirlərdən olan Mario sübut istəyir: “Bizim münasibətlər aprelin sonunda bitib. Biz o vaxtdan görüşməmiş, söhbətləşməmişik. Rafaellanın mənim həyatıma heç bir bağlılığı yoxdur. Mənin yenidən onunla bir yerdə olmaq niyyətim yoxdur. O. özü də bunu bilir. Mən başa düşə bilmirəm ki, Fiko bu vacib məlumatla bağlı mənə niyə gec müraciət edib. Əlbəttə, uşağın məndən olmağı ilə sübutlarım olarsa, onda məsuliyyəti tam öz üzərimə götürəcəm”.