Sxadadze böyükhesablı qələbəni şərh etdi
05.07.2012 - 23:01
“İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin apasport.az saytına müsahibəsi
- İlk növbədə sizi və komandanızı qələbə münasibətilə təbrik edirik. Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə Estoniya “Trans”ını 5:0 hesabı ilə məğlub etməklə azarkeşlərə sevinc bəxş etdiniz...
- Çox sağ olun. Mən də öz adımdan bizi dəstəkləyənlərin hamısına təşəkkür edirəm. Buradan – Estoniyadan bütün azarkeşlərimizi, tərəfdarlarımızı salamlayıram.
- Yəqin bilirsiniz ki, komandanız Azərbaycan futbolu tarixində ən böyük hesablı qələbəni qazandınız?
- Bəli. Elə oyun zamanı klubumuzun üzvləri bu haqda mənə dedilər.
- Qarşılaşmadan sonra mətbuat konfransı keçirilmədi. Bu da meydan sahiblərinin darmadağın olması ilə bağlı idi?
- Bilmirəm niyə keçirilmədi. Amma mətbuat konfransı olmadı.
- Oyun haqda nə deyə bilərsiniz?
- Hesab göstərdi ki, “İnter” rəqibindən bir baş üstün idi. Komandamız da keyfiyyətli, texnikalı oyun göstərdi. Kombinasiyalı oyunun şahidi olduq.
- Oyun boyu hücumda olan komandanız daha çox qol vura bilərdi...
- Elə məni də sevindirən təkcə nəticə deyil, həm də belə oyun idi. “İnter” bu gün öz oyununu göstərdi.
- Komandanızdan tam razı qaldınız?
- Biz təkcə bu oyun üçün hazırlaşmamışıq. Hədəflərimiz üçün hazırlaşmışıq. Bu oyunu unudub irəli doğru hərəkət etməliyik.
- Artıq II təsnifat mərhələsi – Yunanıstanın “Asteras” klubu haqda düşünürsünüz?
- Düzdür, hələ yalnız 1 oyun keçirilib. Gələn həftə cavab oyunu var. Amma 5:0 çox yaxşı hesabdır. Yəqin ki, “Trans” bizə Bakıda 6 qol vuran deyil.

0
0