Vaqif Sadıqov: Hədəfimiz avrokuboklara vəsiqədir
06.07.2012 - 11:44
“Türkiyədə daha çox fiziki hazırlıq üzərində çalışacağıq. Əvvəllər də bu ölkəyə gəlib komandamın toplanışında iştirak etmişəm. Lakin Davrazda ilk dəfədir oluram”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
Türkiyənin Isparta şəhərindəki Davraz Kayak Mərkəzində təlim-məşq toplanışında olan təmsilçimizin çalışdırıcısı qonşu ölkədən olan həmkarlarımıza açıqlama verib: “Bura təlim-məşq toplanışı üçün hər cür şəraiti olan yerdir. Çox gözəl meydanları var. Qarşıdakı mövsümdə hədəfimiz Avropa kuboklarına vəsiqə qazanmaqdır. Mövsüm öncəsi hazırlıqlarımızı da Davrazda keçirəcəyik. Burada 3 yoxlama oyunu keçirmək niyyətindəyik. Bu gün, iyulun 9-da və 12-də sınaq matçına çıxacağıq. Ayın 13-də isə Boluya gedəcəyik. Orada 4 yoxlama matçına çıxıb ayın 28-də geriyə qayıdacağıq”.

- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
- Duşan Tadiç NEC-lə razılaşdı – 2 illik müqavilə
- “Nyukasl” rekord transferini icarəyə göndərir – Voltemade "gözdən çıxarıldı"
0
0