Branimir Subaşiç: Bəxt bizdən üz döndərmişdi
06.07.2012 - 15:32
“Rəqibi keçə bilərdik. Bunun üçün imkanımız da var idi”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç deyib.
“Nomme Kalyu” ilə oyunda “Xəzər Lənkəran”ın bərabərlik qolunun müəllifi olan forvard bir neçə epizodda dublnu da rəsmiləşdirməyə yaxın oldu. Hətta epizodların birində millinin də formasını geyinən hücumçunun zərbəsi tirə tuş gəldi. Oyun haqda danışarkən Subaşiç buraxılan səhvlərin cavab matçında təkrarlanmamasına diqqət yetirməli olduqlarını qeyd edib: “Pis oynamadıq. Gərək bu səhvləri səfərdə təkrarlamayaq. “Nomme Kalyu”nu keçməyə gücümüz çatır”.
Fikrini davam etdirən hücumçu komandasının indiyə qədər qələbə qazana bilməməsinə üzüldüyünü də gizlətməyib. O, səfərdəki oyunda bu uğursuzluğa son qoya biləcəklərini vurğulayıb: “Mənə ağır gəlir ki, “Xəzər Lənkəran” indiyə qədər niyə avrokuboklara qələbə qazana bilməyib. Biz estonlarla cavab oyununda bu uğursuzluğa son qoya bilərik. Düzdür, rəqibimiz çox yaxşı komandadır, hazırda öz ölkəsinin çempionatında liderdir. Bizim başqa yolumuz yoxdur”.
O, son dəqiqələrdə yaranan şansı qaçırmasına da toxunun Subaşiç bu cür halların qaçılmaz olduğunu deyib: “Həmin topu vursaydım, ola bilsin qələbə qazanardıq. Həmin qələbə eyni zamanda növbəti mərhələyə yüksəlməyimizə də imkan verə bilərdi. Oyun ərzində bəxt də bizdən üz döndərmişdi. İki epizodda zərbəmiz dirəyə dəydi”.

0
0