“Neftçi” taleyi təcrübəlilərin əlində
06.07.2012 - 16:16
“Neftçi” klubunun Çempionlar Liqasındakı oyunlarını təcrübəli hakimlər idarə edəcək. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin II təsnifat mərhələsində Gürcüstan çempionu “Zestafoni” ilə keçirəcəyi qarşılaşmalara təyinat alan referilər təcrübəsi ilə öyünə bilər.
İyulun 17-də Bakıda keçiriləcək görüşdə fit çalacaq Mariuş Avramın 33 yar. Rumıniyalı hakim 2010-cu ildən beynəlxalq dərəcəsi daşısa da, hələlik UEFA-nın 4-cü kateqoriyasına daxildir. Aşağı yaş qruplarından olan yığmaların, hətta əsas millilərin də oyunlarında fit çalan Mariuş ardıcıl 3 mövsümdür avrokuboklarda iştirak edir. O, əvvəlki 2 mövsümdə Avropa Liqasının 3 matçına çıxıb.
Avram Azərbaycan futbolçularına da tanışdır. O, 2011-ci il oktyabrın 10-da U-21 yığmamızın Belçika ilə ev oyununda fit çalıb. Həmin oyunda “Neftçi”nin yetirməsi Ruslan Tağızadəni sarı vərəqə ilə cəzalandıran Avram bakılıların digər üzvü Cavid İmamverdiyevin qolunu da qeydə almışdı. Bundan başqa, Cihan Özkaranın da qol vurduğu qarşılaşma 2:2 hesabı ilə nəticələnmişdi.
İyulun 24-də Zestafonidəki cavab oyununda iş başında olacaq Artyom Kuçin isə futbolçularımıza tanış deyil. 35 yaşlı qazaxıstanlı 2009-cu ildən FİFA referisidir. Növbəti ildən UEFA-nın 2-ci kateqoriyasına daxil olan Kuçin kifayət qədər beynəlxalq oyun idarə etsə də yolları bizim komandalarla kəsişməyib.
Avrokuboklarda 5 matç idarə edən qazaxıstanlı qonaqların qələbəsini görməyib. Bu isə “Neftçi”nin Gürcüstanda meydan sahiblərini sevən hakimlə qarşılaşacağından xəbər verir.

0
0