“Startda Azərbaycan yığması ilə oyun maraqlı olacaq”
07.07.2012 - 11:20
“Yaxşı qrupumuz var. Hansı rəqiblərlə düşdüyümüzü görəndə, məmnun oluram”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Kolumbiyanın 17 yaşadək qızlardan ibarət yığma komandasının baş məşqçisi Fabian Felipe Taborda Torres deyib. Bu ilin payızında Azərbaycanda keçiriləcək dünya çempionatının final mərhələsində millimizlə bir qrupa düşən cənubi amerikalılar sentyabrın 22-də meydan sahibləri açılış oyununun iştirakçısı olacaq.
Torres həmin matçı maraqla gözləyir: “Startda Azərbaycan yığması ilə oyun maraqlı olacaq. Biz ümid edirik ki, azarkeşlərimiz üçün yaxşı şou göstərəcəyik. Qrupdan çıxmağa yaxşı şansımız var”.
Torres həmin matçı maraqla gözləyir: “Startda Azərbaycan yığması ilə oyun maraqlı olacaq. Biz ümid edirik ki, azarkeşlərimiz üçün yaxşı şou göstərəcəyik. Qrupdan çıxmağa yaxşı şansımız var”.
0
0