“Xəzər Lənkəran”ın Tallindəki oyununun canlı yayımı niyə baş tutmayacaq?
10.07.2012 - 13:41
“Xəzər Lənkəran”ın Avroliqanın I təsnifat mərhələsində Estoniyanın “Nomme Kalyu” ilə səfərdəki cavab oyununun canlı yayımlanmağı baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, Tallindəki matçın ANS-lə göstərilməyi ilə bağlı danışıqlar gedib. Oyunun göstərilməyində maraqlı olan lənkəranlılar yayım xərclərini boynuna götürürdü. Ancaq sonda ANS yayımı edə bilməyəcəyini bildirərək, buna əsas kimi oyunun vaxtının “Xəbərçi” proqramı ilə üst-üstə düşməyini gətirib. “Xəbərçi”nin vaxtını dəyişdirə bilməyən kanal bununla da Tallindəki oyunu göstərməyəcək. Matçın “Xəzər TV” ilə göstərilməyində isə maddi cəhətdən razılaşma əldə olunmayıb.
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0