Xosep Qvardiolanın Azərbaycana gəlişi üçün zəmin yarandı
10.07.2012 - 17:11
Xosep Qvardiolanın Azərbaycana gəlişi üçün zəmin yarandı
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Rusiya yığmasına baş məşqçi postuna namizədlər rəsmən açıqlanıb. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqının rəhbərliyi öz rəsmi saytı vasitəsilə danışıqlar aparacağı mütəxəssislərin adlarını bəyan edib. Bunlar 13 məşqçidir. Yerli mütəxəssislər 7 nəfər - Anatoli Bışovets, Valeri Qazzayev, Andrey Kobelev, Yuri Krasnojan, Valeri Nepomnyaşi, Nikolay Pisarev, Yuri Syomindir. Qalan 6 əcnəbi məşqçi məşhurlar – Xosep Qvardiola, Fabio Kapello, Marçello Lippi, Rafael Benites, Harri Rednapp və Marselo Byelsadır.